Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Bakıda daha bir məktəbdə qızılca aşkarlandı - YENİLƏNİB
“Bakı Slavyan Universitetinin nəzdində fəaliyyət göstərən məktəb-lisey kompleksində qızılca xəstəliyi ilə bağlı sinfin distant təhsilə keçməsi xəbəri doğru deyil”.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib.
11:00
Paytaxtdakı Bakı Slavyan Universitetinin nəzdində fəaliyyət göstərən məktəb-lisey kompleksində qızılca xəstəliyi aşkarlanıb.
Bakupost.az-ın məlumatına görə, liseyin 5-ci sinfində yoluxma aşkarlanıb.
Bu səbəbdən həmin sinifdə dərslərin 14 gün müddətinə distant formada keçirilməsinə qərar verilib.
Qeyd edək ki, son günlər şagirdlər və tələbələr arasında qızılcaya yoluxma artıb.
Bir neçə gün əvvəl şagirdlər arasında qızılca xəstəliyinin aşkar olunması səbəbindən Qaradağ rayonu Gigiyena və Epidemiologiya Mərkəzinin qərarı əsasında 195 nömrəli tam orta məktəbin ibtidai siniflərində dərslər 14 gün müddətinə distant formada keçiriləcək. Bu barədə məktəbin direktoru Laçın Hüseynli öz sosial şəbəkə hesabında məlumat verib.
Həmçinin, ötən həftə bu xəstəlik səbəbindən Kürdəmir rayonunda 4 yaşlı Rüfət Qəribli vəfat edib.
"Kürdəmir" teqi üzrə xəbərlər
- Kürdəmirdə eyni ərazidə baş verən iki qəzada yeddi nəfər xəsarət alıb
- Hərbi şəhərcikdə ölüm: Hamamda halı pisləşdi...
- Sərxoş vəziyyətdə həyətə çıxıb söyüş söyən şəxs həbs olundu
- Sərt döngələrin olduğu, 10-dan çox qəzanın baş verdiyi yolla bağlı RƏSMİ AÇIQLAMA
- Həkimlər üç ay əvvəl yıxılan yeniyetməni düzgün müayinə etməyiblər - İDDİA
Rəylər