Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Bakıda daha bir məktəbin direktoru işdən çıxarıldı
Azərbaycanın Milli Qəhrəmanı Aytəkin Məmmədov adına 38 nömrəli tam orta məktəbin direktoru vəzifəsindən azad edilib.
Modern.az-ın əldə etdiyi məlumata görə, Yaqut Əfəndiyeva işdən çıxarılıb.
O, çalışmanın yaş həddinə çatma səbəbi ilə əmək fəaliyyətini başa vurub.
Məlumatı məktəbdən təsdiq ediblər. Bildirilib ki, hazırda direktorun səlahiyyətlərini təlim-tərbiyə işləri üzrə direktor müavini Bəkirova Gülnarə Ələsgər qızı icra edir.
Qeyd edək ki, Bakı şəhəri 132-134 nömrəli Təhsil Kompleksinin direktoru Sara Xanlarova da vəzifəsindən azad edilib.
Mövzuya aid xəbərlər
Ən çox oxunanlar