Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Paytaxtda məşhur məktəbin direktoru işdən çıxdı
Bakı şəhəri 132-134 nömrəli Təhsil Kompleksinin direktoru Sara Xanlarova vəzifəsindən azad edilib.
Modern.az-ın əldə etdiyi məlumata görə, o, çalışmanın yaş həddinə çatma səbəbi ilə əmək fəaliyyətini başa vurub.
Məlumatı məktəbdən təsdiq ediblər.
Sara Xanlarova Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə təhsilin inkişafında xidmətlərinə görə 3-cü dərəcəli "Əmək" ordeni ilə təltif olunub.
O, respublikanın Əməkdar müəllimidir.
Qeyd edək ki, Bakının mərkəzində yerləşən 132-134 nömrəli Təhsil Kompleksində 2700-dən çox şagird təhsil alır. Məktəb Bakının ən qədim təhsil müəssisələrindən biridir.
Xatırladaq ki, çalışmanın yaş həddinə çatmış direktorların fəaliyyətləri ilə bağlı araşdırma aparılıb. Aparılan araşdırmalar nəticəsində ümumi təhsil müəssisələrində bəzi çatışmazlıq və nöqsanlar, eyni zamanda şagirdlərin nəticələrində geriləmələr müşahidə edilib. Nəticədə ölkə üzrə ümumilikdə 64 nəfər məktəb direktorunun 2024-2025-ci tədris ili üzrə müqavilələrinin uzadılmaması qərara alınıb.
"Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi" teqi üzrə xəbərlər
- Pekində Azərbaycan-Çin sənədləri imzalanıb
- "Rəqəmsal məktəb"də şagirdin məlumatları natamam olduqda nə etmək lazımdır?
- Bir neçə kollecə yeni təyinat olub
- Bir neçə fənn üzrə təkmilləşdirilmiş təhsil proqramları təsdiqlənib
- Məktəblər publik hüquqi şəxs olarsa, keyfiyyətə necə təsir edəcək? - Ekspertlərdən İZAH