İqtisadiyyat naziri Mikayıl Cabbarov İraqın ticarət naziri Ater Davud Əl-Ğureyri ilə görüşüb.
Bu barədə Oxu.Az-a İqtisadiyyat Nazirliyindən məlumat verilib.
Bildirilib ki, görüşdə İraqla münasibətlərin yüksələn xətt üzrə inkişaf etdiyi, ikitərəfli iqtisadi-ticarət əməkdaşlığının müxtəlif istiqamətlər üzrə genişlənməsi üçün münbit şəraitin olduğu qeyd edilib. Bildirilib ki, İraq şirkətləri Azərbaycanda müxtəlif sahələrdə biznes fəaliyyəti ilə məşğul olur. Həmçinin, Azərbaycan şirkətləri İraqda infrastruktur layihələrindəki iştirakını genişləndirə bilərlər. Bununla yanaşı, ticarət, sənaye, enerji, nəqliyyat, özəl sektor, turizm və digər vektorlar üzrə əlaqələrin inkişafı üçün perspektivlər böyükdür.
Tərəflər iqtisadi-ticarət əlaqələrinin, qarşılıqlı investisiyaların və işbirliyinin təşviqi imkanlarını dəyərləndiriblər.
Görüşdə biznes subyektlərinin əməkdaşlığının gücləndirilməsi, ticarət dövriyyəsinin artırılması və infrastruktur layihələrinin icrası istiqamətində birgə fəaliyyətin dəstəklənməsinin əhəmiyyəti vurğulanıb.
"İraqın ticarət naziri Ater Davud Əl-Ğureyri ilə keçirdiyimiz görüşdə ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələrinin, qarşılıqlı investisiyaların və əməkdaşlığın təşviqi imkanlarını dəyərləndirdik".
Oxu.Az xəbər verir ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov bu barədə "X" hesabında paylaşım edib:
"Biznes subyektlərinin əməkdaşlığının gücləndirilməsi, ticarət dövriyyəsinin artırılması və infrastruktur layihələrinin icrası istiqamətində birgə fəaliyyətin dəstəklənməsinin əhəmiyyətini vurğuladıq".
İraqın ticarət naziri Ater Davud Əl-Ğureyri ilə keçirdiyimiz görüşdə ölkələrimiz arasında #iqtisadi-#ticarət əlaqələrinin, qarşılıqlı #investisiya-ların və işbirliyinin təşviqi imkanlarını dəyərləndirdik.#Biznes subyektlərinin əməkdaşlığının gücləndirilməsi, ticarət… pic.twitter.com/nGkeJMQ7hz
— Mikayil Jabbarov (@MikayilJabbarov) September 17, 2024