Bakıda ölüm hadisəsi qeydə alınıb.
Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, gənc oğlan Təhsil Nazirliyinin yaxınlığında yerləşən yaşayış binasının 15-ci mərtəbəsindən özünü atıb.
Nəsimi Rayon Prokurorluğundan bildirilib ki, hazırda prokurorluğun əməkdaşları hadisə yerindədirlər.
Həmin oğlanın şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində araşdırma aparılır.
