Masallı rayonunun Kolatan kəndinə təbii qaz verilib.
Oxu.Az SOCAR-a istinadən xəbər verir ki, Mayın 25-də Masallı rayonunun Kolatan kəndinə təbii qazın verilişi bərpa olunub. Bu münasibətlə keçirilən tədbirdə rayon icra hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak edib.
1084 abonenti olan Kolatan kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 50 297 metr olan müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 1084 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.