Bir neçə gün əvvəl 30 yaşlı Elgün Əsədovun Xətai rayonu Telnov küçəsindəki çoxmərtəbəli binanın 16-cı mərtəbəsindən özünü ataraq intihar etməsi hadisəsinin bəzi detalları üzə çıxıb.
Oxu.Az-ın Lent.az-a istinadən verdiyi məlumata görə, SOCAR-da geofizika mühəndisi kimi çalışan E.Əsədov hadisədən 3 gün sonra yüksək dərəcə verilməklə, daha yuxarı vəzifəyə təyin olunacaqmış. Bu barədə onun atasının da məlumatı olub və oğluna işinin dəyişdiriləcəyini deyib.
Lakin xeyli vaxtdır depressiyada olan Elgün bu xəbərdən sevinməyib. O, həyat yoldaşı və uşağını bəhanə ilə rayona yola salaraq intihar planı qurub. Hadisə baş verən gün isə Elgün Əsədov bacısı ilə telefonla danışıb və bacısı onun əhvalının qaydasında olmadığını hiss edib.
Bacısı dərhal onun Əhmədlidəki evinə gedib və söhbət etməyə çalışıb. Lakin Elgün fikrindən dönməyib və özünü 16-cı mərtəbədən atıb: “Mənimlə danışmazdan bir neçə dəqiqə əvvəl atamla danışıb, deyib özümü öldürəcəyəm. Mənə də dedi, kimsə gəlsə, qapını açmayacağam”, - deyə Elgünün bacısı hadisə günündən danışır.
Borcu olsa da, onun intiharına sırf psixoloji amillər səbəb olub. Ailə üzvləri bildiriblər ki, Elgün Əsədov həyatından şikayətlənirmiş, ölkədən çıxıb getmək istədiyini, ümumiyyətlə, yaşamaq istəmədiyini deyirmiş.
Qeyd edək ki, E.Əsədov Bakı Dövlət Universitetinin Geologiya fakültəsinin məzunu olub.
12 may (11:04)
Dünən Bakı şəhərinin Xətai rayonunda baş vermiş dəhşətli intihar hadisəsi ilə bağlı bəzi məqamlar aydınlaşıb.
Oxu.Az-ın Lent.az-a istinadən verdiyi məlumata görə, Telnov küçəsindəki çoxmərtəbəli binanın 16-cı mərtəbəsindən özünü atan 30 yaşlı Elgün Əsədov SOCAR-ın mühəndisi olub.
O, ailəli, 1 uşaq atası olub.
Bildirilir ki, Pirallahı rayonunda qeydiyyatda olan E.Əsədov bir müddət əvvəl Xətai rayonunda 16-cı mərtəbədə mənzil alıb və ailəsi ilə burada yaşayıb. Hadisə vaxtı isə onun ailəsi rayonda olub. Elgün bacısı ilə mənzildə olarkən qəfil pəncərəyə tərəf gedib və özünü atıb.
30 yaşlı E.Əsədovun bacısı deyib ki, qışqırıq səsi eşidib və eyvana doğru qaçıb. Bu zaman dəhşətli hadisənin şahidi olub.
Maraqlıdır ki, E.Əsədov intihar etməzdən əvvəl feysbuk səhifəsində ölüm anonsu verib. Onun statusunu və bəzi fotolarını təqdim edirik.
10:24
Bakıda dəhşətli intihar hadisəsi baş verib.
Oxu.Az-ın lent.az-a istinadən verdiyi məlumata görə, Xətai rayonu Telnov küçəsində yerləşən çoxmərtəbəli binada yaşayan 1987-ci il təvəllüdlü Əsədov Əldən Xalid oğlu özünü 16-cı mərtəbənin eyvanından atıb.
O, hadisə yerindəcə ölüb.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Z.Q.
www.oxu.az