Bakıda insan itkisi ilə nəticələnmiş ağır yol-nəqliyyat hadisəsi baş verib.
Fövqəladə Hallar Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, paytaxtın Xəzər rayonunda “Hyundai” və “Zil” markalı iki yük avtomobili toqquşub.
Nəticədə deformasiyaya uğramış “Hyundai” markalı avtomobilin sürücüsü 1991-ci il təvəllüdlü Dədəlov Müşfiq Əlizadə oğlu aldığı müxtəlif bədən xəsarətləri nəticəsində hadisə yerində həlak olub.
FHN-nin xilasetmə qüvvələri M.Dədəlovun cəsədini avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 21:47-də başa çatıb.
Foto: Fərid Məmmədzadə
www.oxu.az