Lüksemburqun Böyük Hersoqu Anri birinci Avropa Oyunlarının açılış mərasimində iştirak etmək üçün Azərbaycana gəlib.
Oxu.Az-ın xəbərinə görə, Heydər Əliyev beynəlxalq aeroportunda Lüksemburqun Böyük Hersoqu Anrini Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov və “Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin nümayəndələri qarşılayıblar.