Gürcüstan hökumətinin sədri Bakıda Atletlər kəndində gürcü idmançılarını şəxsən salamlayıb.
Oxu.Az xəbər verir ki, İrakli Qaribaşvili ilk Avropa Oyunlarının açılış mərasimində iştirak etmək üçün Azərbaycana gəlib.
Gürcü hökumətinin başçısı Atletlər kəndində yaradılmış infrastruktura baxıb, idmançı və jurnalistlərlə söhbət edib.
“Onların hamısı (idmançılar) qələbəyə inamlıdırlar. Mən bura gəldim ki, yığmamıza bir daha uğurlar arzulayım.
Gürcü atletlərin Bakıda uğurlu çıxışından sonra, Tbilisi gənclər arasında Olimpiya oyunlarını qəbul edəcək. Bu, ölkəmiz üçün çox mühüm hadisə olacaq.
Bir daha yığmamıza qarşıdakı yarışlarda uğurlar arzulamaq istəyirəm”, - deyə, Baş nazir qeyd edib.