Qadın, kişi və uşaq ayaqqıbları və aksessuarlarının istehsalı üzrə ixtisaslaşmış İtaliya brendi Azərbaycan Milli Olimpiya Komitəsi ilə əməkdaşlıq edir.
Oxu.Az 365mag.ru-ya istinadən xəbər verir ki, Ermano Şervino ilk dəfə deyil ki, idmançılar üçün forma tikir. 2012-ci il London Olimpiya Oyunlarında komanda idman növlərində çıxış edən idmançılar məhz bu dizaynerin kostyumlarını geyinmişdilər.
Bakı üçün idmançıların rəsmi forması boz elastik atlasdan don və şalvarlar və ağ elastik köynəklərlə göy rəngli gödəkçələrdən ibarətdir.
Qadın idman geyimləri Azərbaycan xalçalarının zəngin tarixinə işarə vurur və onların üzərində “Bakı” sözü yazılıb.
Kişi geyimi üzərində nar rəmzinin əks olunduğu qızılı düymələrə malikdir. Geyimin ipək qalstuk və şərflər, cib dəsmalları, mokasinlər kimi digər rəsmi elementlərinin üzərindədə Oyunların simvolu əks olunub.
Ermanno Şervino Bakı haqqında çox məlumatlıdır, axı o, 2013-cü ilin noyabrında Four Seasons otelində öz ilk mağazasını açıb.