Azərbaycanın paytaxtı Avropa Oyunlarına elə yüksək səviyyədə hazırlaşıb ki, növbəti Oyunların ev sahiblərinin bunu təkrarlaması çox çətin olacaq, Rusiya Olimpiya Komitəsinin Baş katibi Anastasiya Davıdova hesab edir, Oxu.Az Rusiya KİV-ə istinadən xəbər verir.
Tarixdə ilk Avropa Oyunları Bakıda, iyunun 12-də start götürəcək.
“Öz sinxron üzgüçülər komandamızla danışdım. Onlar deyirlər ki, çox qorxurlar: Bakıda atmosfer Olimpiya oyunlarında olduğu kimidir, hər şey yüksək səviyyədədir. Bakı və Azərbaycana belə isti qarşılamaya görə çox sağ olun deyirəm. Onlar Oyunların təşkilinə çox ciddi yanaşıblar, növbəti şəhərlərin belə səviyyə ilə yarışması çox çətin olacaq. Burada obyektlər Olimpiya oyunları səviyyəsindədir və düşünürəm ki, gələcəkdə Bakı Olimpiya Oyunlarının keçirilməsinə iddia edəcək”, - deyə, Davıdova jurnalistlərə bildirib.
“Biz Oyunlardakı nəticələrimiz haqqında konkret danışmırıq, maksimal yüksək yer uğrunda mübarizə aparacağıq. Rəqiblərimiz Almaniya, Böyük Britaniya, Azərbaycan kimi komandalar olacaq”, - deyə, Davıdova bildirib.
Beşqat olimpiya çempionu Azarkeşlər evində jurnalistlərlə görüşüb.
“Biz həmçinin Rio-de-Janeyroda da Rusiya azarkeşləri evinin olması üzərində işləyirik”, - deyə, o, vurğulayıb.
Qeyd edək ki, Bakıda idmanın 20 növündə 253 medal dəsti oynanılacaq.