Paytaxtda avaralıq və dilənçiliklə məşğul olan 62 nəfər saxlanılıb.
Oxu.Az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin əməkdaşları tərəfindən avaralıq və dilənçiliklə məşğul olan 62 nəfər (onlardan 17-si qadın, 6-sı kişi, 29-u isə azyaşlı olmuşdur) saxlanılıb və Bakı BPİ-nin İnzibati Həbs olunanların Saxlama Məntəqəsinə göndəriliblər.