Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Bakıda Əhməd Rəcəbli küçəsinin bir hissəsində hərəkət tam məhdudlaşdırılacaq
Həsən Əliyev küçəsindən Ziya Bünyadov prospektinə paralel olaraq metronun "Koroğlu" stansiyasına qədər yeni avtomobil yolunun tikintisi və istismara verilməsi işləri ilə əlaqədar Əhməd Rəcəbli küçəsində, Uluqbəy küçəsi ilə kəsişmədən Fətəli Xan Xoyski küçəsinə qədər, aparılan əsaslı yenidənqurma işləri zamanı yol-nəqliyyat hadisələrinin baş vermə ehtimalının azaldılması məqsədilə, hərəkətin tam şəkildə məhdudlaşdırılması zərurəti yaranıb.
Bu barədə Oxu.Az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.
"Qeyd olunanları nəzərə alaraq, mayın 9-da saat 00:00-dan başlayaraq Əhməd Rəcəbli küçəsində, Uluqbəy küçəsi ilə kəsişmədən Fətəli Xan Xoyski küçəsinə qədər nəqliyyat vasitələrinin hərəkəti tam şəkildə məhdudlaşdırılacaq. Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, öncədən hərəkət istiqamətinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur", - deyə məlumatda bildirilir.
"Yollarda hərəkətin məhdudlaşdırılması" teqi üzrə xəbərlər
- Bakıda iki avtobus marşrutunun hərəkət sxemi DƏYİŞDİRİLİR
- Bakının bir küçəsində avtomobillərin hərəkəti tam məhdudlaşdırılacaq
- Bakının bəzi küçə və prospektlərində hərəkət TAM MƏHDUDLAŞDIRILIB
- Sabah Bakının bəzi küçə və prospektlərində hərəkət TAM MƏHDUDLAŞDIRILACAQ - SİYAHI
- Xətai rayonunun bir hissəsində hərəkət məhdudlaşdırılacaq