Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Bakıda elit restoranda 550 manatlıq yeməyin içindən qurd çıxdı – Foto
Bakı şəhərindəki tanınmış restoranda masa arxasında oturan müştərini xörəyin içərisindən çıxan canlı heyrətə gətirib. Ad gününü qeyd edən İlkinadlı şəxs gördüyü mənzərə barədə restoran rəhbərliyinə deyəndən sonra aldığı cavab isə onu daha da təəccübləndirib.
Oxu.Az Milli.Az-a istinadən xəbər verir ki, senytabrın 30-da “Nar-şərab” restoranında ad gününü keçirirmiş. Masaya gətirilən badımcan kababının içərisindən elə həmin tərəvəz boyda qurd çıxıb və sonda ondan 550 manat hesab tələb edilib.
“Restoranın inzibatçısına iradımı isə qonaqların yanında ayıb olmasın deyə oradan çıxandan sonra bildirdim. İnzibatçı isə dedi ki, qurdun çıxması badımcanla bağlı olan şeydi. Dedi ki, badımcanın içərisindən qurd çıxması normaldır. Bu nə dərəcədə düzgündür? Deməli, belə cıxır ki, bu qədər hesab ödəyirsən, lazım olsa içindən tarakan da çıxa bilər? Xahiş edirəm, mənə məsləhət görün, hara müraciət edim? İnsanlara qarşı hörmətsizlik nə vaxt dayandırılacaq”, - oxucu yazıb.
Restoranın Rauf adlı inzibatçısı Milli.Az-a açıqlamasında bildirdi ki, badımcanın içərisindən qurd çıxmasında günahkar deyil. Onun sözlərinə görə, badımcan tərəvəzdir və içərisinə quyruq qoyularaq qızardılır. İçərisində qurdun olmasını aşbazın bilməsi mümkün deyil.
İnzibatçı qeyd etdi ki, masaya verilən ət xarab olsaydı, çiy olsaydı restoranı günahlandırmaq olardı:
“Hansı şüursuz belə bir halın baş verməsinə imkan verər? Bu işdə heç kimin günahı yoxdur. Yeməkdən tük çıxsaydı, müştəri haqlı olardı. Həmin müştəri gecə saat 1-də mənə zəng edib yeməyə və hesaba etiraz etdi”.
Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin qidalanma gigiyenası bölməsinin müdiri İmran Abdullayev isə faktın sübuta yetiriləcəyi halda restoranın cəzalandırılmasını mümkün sayır.
Bölmə müdiri Milli.Az-a bildirdi ki, vətəndaş bu məsələ ilə bağlı İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə müraciət etməlidir. Xörəyin içərisindən qurd çıxması təsdiqlənməlidir.
"Bakı" teqi üzrə xəbərlər
- KİV: "Trampın xüsusi elçisi Bakıya gəlib"
- Bakıda gecə klubunun sahibi cəzalandırıldı
- "Doğma Bakıda görüşərik" - Tanınmış stilist Vladislav Lisovets dəb sirlərini bölüşəcək
- "İstirahət hüququmuz pozulur" - Bakıda gecə klubundan ŞİKAYƏT
- Ruben Vardanyan ailəsi ilə telefon danışığı zamanı audiomesaj göndərib