Bakıda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
Oxu.Az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, noyabrın 17-də Nərimanov rayonunun M.Əlizadə küçəsində yerləşən 9 mərtəbəli binalardan birində fəhlə işləyən Füzuli rayon sakini Malik Nəcəfov 6-cı mərtəbədən yıxılıb.
O, hadisə yerində ölüb.
Araşdırma aparılır.
E.Ə.
www.oxu.az