Bakı şəhərində zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, hadisə ötən gün saat 23:30-da Xətai rayonu, 3-cü Şərq küçəsi, Ağ Şəhər bulvarında qeydə alınıb.
Belə ki, "Mercedes-Benz", BYD, BMW, "Audi", "Hyundai", "Range Rover" və "Porsche" markalı avtomobillər toqquşub.
Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.
Qəza nəticəsində xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.
Qaynar xətt:
(055) 224 12 12