ABŞ Prezidenti Donald Tramp Ağ Evin mətbuat katibi Karolin Levitti öz uşağına ölkə başçısından daha çox diqqət göstərməkdə qınayıb.
Oxu.Az-ın xarici KİV-ə istinadən xəbərinə görə, Tramp Cənubi Karolinada keçirilən mitinqdə çıxışı zamanı belə bir zarafat edib.
"Onun təzəliklə körpəsi dünyaya gəlib və mən yenicə öyrənmişəm ki, o, bu uşağı Donald Trampdan daha çox sevir. Buna görə hirslənmişəm", - deyə ABŞ prezidenti bildirib.
Qeyd edək ki, 28 yaşlı Karolin Levitt özündən 32 yaş böyük iş adamı Nikolas Riççio ilə evlidir. Onların 2024-cü ilin iyul ayında bir oğulları olub, bu ilin may ayında isə Viviana adlı qızları dünyaya gəlib.