Bakının Yasamal rayonunda gənc qız itkin düşüb.
1995-ci il təvəllüdlü Mustafayeva Xavər İlham qızının yaxınlarının Oxu.Az-a verdikləri məlumata görə, o, 4 gün əvvəl Yasamal rayonu, Vasif Əliyev küçəsi ev 164 ünvanında yerləşən yaşadığı evi tərk edərək, bir daha geri qayıtmayıb.
Bildirilir ki, qızın itkin düşməsi ilə bağlı artıq Nizami rayon Polis İdarəsinin 23-cü polis bölməsinə müraciət ediblər.
Qohumları Xavərin dil və şüur qüsurlarına malik olduğunu qeyd ediblər. Belə ki, gənc qız anlaqlı danışa bilmir.
Evdən çıxarkən Xavərin əynində tünd qırmızı rəngli köynək və göy rəngli cins şalvar olub.
Şəkildə təqdim olunan şəxsi görənlərdən hüquq-mühafizə orqanlarına yaxud (055) 253-52-54 nömrəli telefonla Xavərin xalası oğlu Alışov Orxanla əlaqə saxlamaq xahiş olunur.
