Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Bakıda həftəsonu parklanmaya görə hələ də qanunsuz ödənişlər alınır?
Həftənin bazar günü Bakıda Azərbaycan Yerüstü Nəqliyyat Aagentliyi (AYNA) tərəfindən təşkil edilən bütün ərazilərdə parklanma ödənişsizdir.
Oxu.Az Xəzər TV-yə istinadən məlumat verir ki, ancaq, buna baxmayaraq bəzi ərazilərdə qanuni parklanma yerlərində sarı jiletli şəxslər peyda olub.
Onlara ödənişsiz olan parklanma üçün bəzi sürücülər ödəniş də edirlər.
Qarşılığında onlar sürücülər üçün boş yerlər tapır, müəyyən mənada köməklik edirlər. Qanuna əsasən, parklanma yerlərində ödənişlər nağd qaydada edilməməlidir.
Üstəlik, həftənin bazar günü avtonəqliyyat vasitəsinin parklanması üçün heç bir ödəniş tələbi yoxdur.
Sürücülər də belə şəxslərin pulsuz xidmət üçün pul tələb etmələrini düzgün hesab etmirlər.
Ətraflı süjetdə:
"Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA)" teqi üzrə xəbərlər
- Bərbad vəziyyətdə olduğu üçün avtobusun işləmədiyi yol
- Sürücülərin NƏZƏRİNƏ: Bakıda küçələrin birində "sarı tor" təşkil edilib
- Bakının mərkəzi küçəsində aşan yol nişanı bərpa edilib
- Parklanmadan çıxanlar avtobus zolağını "tapdalayırlar"? - "Kamera çəkir və cərimə yazılır"
- Şəhərin mərkəzi küçəsində paradoks: Velosiped üçün zolaq ayrılıb, avtobusa yox
Rəylər