Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Bakıda hər yağışdan sonra palçıq əmələ gəlir: Qurum qazmaq üçün icazə gözləyir
Sakinlər Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, Əcəmi Naxçıvani küçəsində yolun vəziyyətindən şikayətçidirlər.
Onların sözlərinə görə, sözügedən ərazidə yol qazılaraq su borusu düzəldildikdən sonra hər yağış yağdıqda palçıq yaranır.
Məsələ ilə bağlı Oxu.Az-a açıqlamasında Binəqədi Rayon Sukanal İdarəsinin nümayəndəsi Malik Həsənov bildirib ki, sözügedən ərazidə olan problem su sızıntısının olması ilə əlaqədardır:
"Ərazidə hazırda su sızıntısı var. Yolun qazılaraq təmir işlərinə başlanılması üçün "Azəravtoyol" ASC-yə müraciət edilib. Onların icazəsi olmadan biz qazıntı işini apara bilmirik. Ərazidə qazıntı işinin aparılmasına sabah gün ərzində icazə veriləcək. "Azəravtoyol" ASC-dən icazə verildikdən sonra su sızıntısının qarşısı alınacaq, əraziyə çınqıl, qum örtüyü döşənəcək. Daha sonra yola asfalt qatının çəkilməsi üçün "Azəravtoyol" ASC-yə müraciət ediləcək".
Aygün Mirakif
"Sakin şikayəti" teqi üzrə xəbərlər
- "SOCAR Petroleum" yanacağa suyun qatılması iddiasına aydınlıq gətirib
- Oğuzun Mollalı kənd sakinləri sel təhlükəsi ilə üz-üzə: "45 ailəyə ziyan dəyib"
- MTK sakinləri dörd ildir necə aldadır? - Ortada nə pul var, nə də ev
- Hacı Zeynalabdin qəsəbəsinin sakinləri antisanitar vəziyyətdən narazıdırlar - ŞİKAYƏT
- 37 ailənin qazı, işığı niyə kəsilib?
Rəylər