Bu gecə Bakıda yaşayış evlərindən birində həyəcanlı anlar yaşanıb.
Fövqəladə Hallar Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, qurumun “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, paytaxtın, Binəqədi rayonunda mənzildə termometr sınıb, nəticədə daxilindəki civə ətrafa dağılıb.
Maye halında olan kimyəvi element nazirliyin mütəxəssisləri tərəfindən yığılıb və çirklənmiş ərazi demerkurizasiya edilib. Əməliyyat saat 02:10-da başa çatıb.
E.Ə.
www.oxu.az