Birinci Qarabağ müharibəsi zamanında itkin düşmüş Rafiq Hüseyn oğlu Hüseynovun dəfn mərasimi keçirilib.
Oxu.Az xəbər verir ki, dəfn mərasimində şəhidin doğmaları, rəsmi şəxslər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Bakıda I Qarabağ müharibəsinin itkin-şəhidi Rafiq Hüseynov dəfn olundu - VİDEO
Onun nəşinin qalıqları torpağa tapşırılmaq üçün Lökbatan qəsəbəsindəki Şəhidlər xiyabanına gətirilib.
Xatırladaq ki, Rafiq Hüseynov 1974-ci il aprelin 16-da Ağdam rayonu, Qiyaslı kəndində anadan olub. 1992-ci il iyunun 15-də Ağdərə rayonu, Sırxavənd kəndi istiqamətində itkin düşüb.
Daha çox foto burada: PhotoStock.az
Əzizə İsmayılova