Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Bakıda iki avtobus marşrutunun hərəkət sxemi dəyişdirilir
Bakıda 30 və 32 nömrəli müntəzəm marşrutların hərəkət sxemi dəyişdirilir.
Oxu.Az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Bildirilib ki, mayın 24-ü saat 08:00-dan mayın 27-si saat 22:00-dək paytaxtın Nizami rayonu, Elşən Süleymanov küçəsində (Rüstəm Rüstəmov küçəsindən Cəmşid Naxçıvanski küçəsinədək olan hissəsində) aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək.
Nəticədə məhdudiyyət səbəbindən 30 nömrəli müntəzəm marşrut Bəhruz Nuriyev küçəsi, Qara Qarayev prospekti ("Xalqlar dostluğu" metrostansiyası) və Babək prospekti, 32 nömrəli müntəzəm marşrut isə Bəhruz Nuriyev küçəsi, Qara Qarayev prospekti və Dakar dairəsi ilə hərəkət edəcək.
"Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA)" teqi üzrə xəbərlər
- Turistləri qaçırmaq istəmiriksə, nələrə diqqət etmək lazımdır? - ŞƏRH
- Yanacaq, vaxt, stres: Bakıda avtomobildən istifadə avtobusdan daha sərfəlidir?
- Vətəndaşların NƏZƏRİNƏ: Bakıda üç marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
- Reyd keçirildi: 16 sürücü barədə protokol tərtib edildi
- Bakıda 9 marşrut üzrə avtobusların hərəkətində ləngimələr var