Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Azərbaycan millisinin kapitanı: "Qrupu lider olaraq başa vuracağımıza inanıram"
Minifutbol üzrə Azərbaycan millisinin kapitanı Elvin Əlizadə minifutbol üzrə dünya çempionatında yer aldıqları A qrupunu birinci pillədə tamamlayacaqlarına inanır.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, bu barədə futbolçu Sloveniya ilə oyundan sonra jurnalistlərə açıqlamasında deyib.
O, qalib gəldikləri qarşılaşmanı şərh edib:
"Baxmayaraq ki, ev sahibi komandayıq. İlk oyunda meydana öyrəşə ilmədiyimiz üçün qələbəni əldən verdik. Artıq hər şey istədiyimiz kimi gedir. İnşallah, qrupdan lider olaraq çıxacağıq. Qələbəyə görə bütün Azərbaycan xalqını təbrik edirəm",
Qeyd edək ki, A qrupunun ilk görüşündə yığma Bəhreynlə heç-heçəyə razılaşıb - 1:1.
"Minifutbol üzrə dünya çempionatı 2025" teqi üzrə xəbərlər
- Minifutbol millimizin dünya çempionu olması münasibətilə Bakıda konsert keçirilib
- Ağaseyid Qasımov: "Bizi aşağı çəkməyə çalışan insanları bizdən saymıram"
- Elvin Əlizadə: "Dünya çempionatına bəlkə də ən ciddi hazırlaşan bizim komanda idi"
- Təmkin Xəlilzadə: "Mənə olan inamı doğrultduğum üçün qürurluyam"
- Minifutbol üzrə dünya çempionu olan Azərbaycan yığmasının oyunçuları şəhər gəzintisində