Səfər ayının iyirmisi İmam Hüseynin (ə) şəhid edilməsinin 40-cı günüdür.
Oxu.Az SalamNews-a istinadən xəbər verir ki, bu münasibətlə dünyada müsəlmanlar, o cümlədən Azərbaycanda yaşayan müsəlmanlar bu mərasimi böyük ehtiramla keçirirlər.
Belə mərasimlərdən biri də Bakıda “Hacı Cavad” məscidində baş tutub. Mərasimdə Ərbəin günü ilə bağlı geniş məlumat verilib. Sonra mərasim iştirakçıları mərsiyələr oxuyaraq sinə vurublar. Sonra ehsan süfrəsi açılıb.
Xatırladaq ki, İraqın rəsmi mənbələri Ərbəin günü ərəfəsində terror aktlarına baxmayaraq, Kərbəlaya ziyarətə gələnlərin sayının 15 milyon olduğunu bildirib. Bunun bir milyon yarımı xarici ölkədən Kərbəlaya gələnlərdir.