Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
“İl Patio”da vəzifəli şəxsi qarət etdilər
Bakı şəhərinin Səbail rayonu ərazisində yerləşən restoranda oğurluq hadisəsi baş verib.
Oxu.Az Lent.az-a istinadən xəbər verir ki, Rayon Polis İdarəsindən verilən məlumata görə, T.Əliyarbəyov küçəsi 14 ünvanında (Fəvvarələr meydanı yaxınlığında) yerləşən “İl Patio” restoranında qonaq olan Nərimanov rayon sakini Yusifov Fuad Fəxrəddin oğlunun 2200 manat pulu oğurlanıb.
Polisə şikayət edən F.Yusifov bildirib ki, pul onun əyləşdiyi masadan götürülüb.
Qeyd edək ki, F.Yusifov “Azərsu” ASC-də şöbə rəisinin müavini vəzifəsində çalışır.
Faktla bağlı araşdırma aparılır.
"Azərsu ASC" teqi üzrə xəbərlər
- KOB-ların yaşıl keçidi ilə bağlı bəyannaməni dəstəkləyən təşkilatların sayı artmaqdadır
- Bu gün Azərbaycan klublarından bəziləri yoxlama oyunları keçirəcəklər
- Qurban Qurbanov Juninyonun transferindən DANIŞDI
- Prezident 2025-ci ilin prioritetini elan etdi - "Böyük Qayıdış proqramı"nın icrası sürətlənəcək
- Bakıda su borusunun partlaması nəticəsində fərdi evdə yaranan təhlükəli vəziyyətlə bağlı AÇIQLAMA
Ən çox oxunanlar