Bakıda itkin düşən 35 yaşlı şəxs tapılıb.
Oxu.Az-ın əldə etdiyi məlumata görə itkin düşmə kimi axtarışı elan edilən Vasif Rəsman oğlu Hacıyevin tapılaraq aidiyyəti üzrə təhvil verilməsi istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülüb.
Xatırladaq ki, 1988-ci il təvəllüdlü Vasif Rəsman oğlu Hacıyev mayın 19-da təxminən səhər saat 9 radələrində evdən çıxıb, iyulun 10-a kimi ondan hər hansı məlumat almaq mümkün olmayıb. Onun əqli cəhətdən qüsurlu, danışığında və gəzişində də problemin olduğu bildirilmişdi.
Aygün Mirakif