Azərbaycanın sabiq rabitə naziri Şamil Musayev vəfat edib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə onun həmkarı Siruz Abasbəyli məlumat verib.
Ş.Musayev 82 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, sabiq nazir Şamil Hacıağa oğlu Musayev 1943-cü ildə anadan olub.
1990-cı ilin aprel ayında Azərbaycan SSR-in rabitə naziri təyin edilib. O bu vəzifədə 1992-ci ilin iyun ayınadək çalışıb.