İyulun 12-də Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd əş-Şaraanın ölkəmizə işgüzar səfəri çərçivəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə Suriya Ərəb Respublikası Hökuməti arasında Anlaşma Memorandumu imzalanıb.
Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Memorandumu Azərbaycanının iqtisadiyyat naziri, SOCAR-ın Müşahidə Şurasının sədri Mikayıl Cabbarov və Suriyanın energetika naziri Məhəmməd əl-Bəşir imzalayıblar.