Ölkəmizdə işgüzar səfərdə olan Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd əş-Şaraa iyulun 12-də Fəxri xiyabanı ziyarət edib.
Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Əhməd əş-Şaraa xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.