İtaliyanın "Fiorentina" klubunun yeni baş məşqçisi müəyyənləşib.
Oxu.Az Florensiya təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, komanda Stefano Pioliyə həvalə olunub.
59 yaşlı mütəxəssislə üç illik müqavilə imzalanıb.
Qeyd edək ki, S.Pioli 2017-2019-cu illərdə də "Fiorentina"ya rəhbərlik edib. Mütəxəssisin son klubu "Ən-Nəsr" (Səudiyyə Ərəbistanı) olub.