Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Bakıda kafe sərt karantinə məhəl qoymurmuş: Sahibkar və müştərilər tutuldu - FOTO/VİDEO
Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları inzibati ərazilərdə xidmət aparan zaman Bakıxanov qəsəbəsi ərazisində karantin rejiminə əməl etməyərək, fəaliyyət göstərən “Şeş-Beş” kafesini aşkarlayıblar.
Daxili işlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, obyektin fəaliyyəti dərhal dayandırılıb.
Baxış zamanı kafenin sahibi Anar Abdullayev və daha beş müştəri saxlanılaraq, ərazi üzrə Sabunçu PRİ-nin 13-cü Polis Bölməsinə gətirilib.
Müştərilər barəsində inzibati qaydada tədbirlər görülərək, hər biri cərimə ediliblər və onlarla profilaktik söhbətlər aparılıb.
Kafenin sahibi A.Abdullayevin etdiyi qanun pozuntusuna qiymət verilməsi üçün barəsində toplanan materiallar məhkəmə orqanlarına göndərilib.
"Bakı" teqi üzrə xəbərlər
- Bakıda müğənninin qızı rəfiqələrinə qoşulub evdən qaçdı
- Tullantıdan elektrik enerjisinə gedən yol - Zavoddan FOTOREPORTAJ
- Bakıda maskalı şəxs lombarda silahlı basqın edib - ANBAAN GÖRÜNTÜLƏR
- "Bakıda üç gündür aşan yol nişanı təmir edilmir" - Şikayət
- Bakıda biri uşaq olmaqla üç nəfər yanaraq öldü: YENİ DETALLAR