Bakının mərkəzində yerləşən tanınmış otel kompleksi “Kempinski Hotel Badamdar” otelində liftlərin işində problem yaranıb.
Oxu.Az-a daxil olan məlumata görə, 9-cu mərtəbədə olan lift qəflətən dayanıb və ondan sonra işləməyib.
Məsələ ilə bağlı əlaqə saxladığımız “Kempinski Hotel Badamdar” otelinin menecerinin müavini Qərib Əhmədov liftlərin işində texniki nasazlığın yarandığını təsdiqləsə də, hazırda heç bir problemin olmadığını söylədi.
Onun sözlərinə görə, bu gün təhlükəsizlik kameralarının görüntüləri vasitəsilə yaranmış problemin səbəbləri araşdırılır:
“Ola bilsin ki, lift həddən artıq yüklənib və bu zaman sistem sıradan çıxıb, qurğu təhlükəsiz rejimə keçib, yəni lift dayanıb. Hazırda problemin yaranması səbəbləri istiqamətində araşdırma aparılır. Artıq liftlərin quraşdırılmasını keçirən şirkətin əməkdaşları işə başlayıblar”.
Elvin Əhmədov
www.oxu.az