Paytaxtın Pirallahı rayonunda körpələr evində yanğın olub.
Oxu.Az-ın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, ümumi sahəsi 450 m² olan ikimərtəbəli “Cırtdan” körpələr evinin zirzəmisində 3 m² sahədə məişət tullantıları yanıb.
Yanğın zamanı otaqlardan 18 nəfər azyaşlı uşaq yanğınsöndürənlər tərəfindən xilas olunub.
Körpələr evinin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
S.B.
www.oxu.az