Paytaxtın Maştağa qəsəbəsində yerləşən 22 saylı orta məktəbdə doqquz şagird zəhərlənib.
Oxu.Az-ın Trend-ə istinadən məlumatına görə, zəhərlənmənin səbəbi 5-ci sinif şagirdlərindən birinin ad günü münasibəti ilə sinfə gətirdiyi şirniyyat olub.
Məktəblilər 5 saylı Birləşmiş Uşaq İnfeksion Xəstəxanasına yerləşdiriliblər.
Xəstəxanadan bildiriblər ki, uşaqlardan səkkizi hazırda reanimasiya şöbəsinə yerləşdirilib. Daha bir şagird isə xəstəxananın ümumi palatasında müalicə alır.
S.B.
www.oxu.az