Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
![Bakıda külək güclənəcək, bəzi rayonlarda hava yağıntılı olacaq - 17.02.2025](https://images.oxu.az/2025/02/16/1o1gZks8OWkaPqIu3oyGESBzFW0XMuXOfmrNJAMv:1200.jpg)
Bakıda külək güclənəcək, bəzi rayonlarda hava yağıntılı olacaq - 17.02.2025
Azərbaycan ərazisində fevralın 17-nə gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb.
Oxu.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, fevralın 17-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi arabir güclənəcək.
Havanın temperaturu gecə 4-7° isti, gündüz 7-9° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək. Nisbi rütubət 75-85% olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi şərq rayonlarında arabir yağıntılı olacağı gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 0-5° isti, gündüz 8-13° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq.
![](https://img.youtube.com/vi/sODdWYdq1i8/sddefault.jpg)