Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Naxçıvan-Bakı və Bakı-Naxçıvan istiqamətində reyslər bərpa olunub
Bakı-Naxçıvan və Naxçıvan-Bakı istiqaməti üzrə aviareyslərin həyata keçirilməsi bərpa olunub.
Bu barədə Oxu.Az-a AZAL-dan məlumat verilib.
Məlumata görə, hazırda hər iki marşrut üzrə reyslər normal rejimdə həyata keçirilir.
"Naxçıvanda hava şəraiti yaxşılaşıb və reyslər artıq normal rejimdə həyata keçirilir", - məlumatda deyilir.
Bakı-Naxçıvan və Naxçıvan-Bakı reysində yubanmalar var.
Oxu.Az xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında dumanlı hava şəraiti qeydə alınıb.
Bununla əlaqədar, bu gün Bakı-Naxçıvan və Naxçıvan-Bakı istiqamətində uçan təyyarələrin hərəkətində gecikmələr yaranıb.
"Aviareys" teqi üzrə xəbərlər
- 2024-cü ildə dünya üzrə aviaşirkətlərin sərnişin axını rekord həddə çatıb
- Belçika bütün təyyarələr üçün hava məkanını bağlayır - SƏBƏB
- Xəzər dənizinin üzərindən uçan sərnişin təyyarəsi qəza siqnalı verdi
- İstanbul-Kazan səhər reysləri müvəqqəti olaraq dayandırılır
- Rusiyada Kazan hava limanının fəaliyyəti məhdudlaşdırıldı
Ən çox oxunanlar