"Azərbaycan Hava Yolları" QSC (AZAL) Gəncə-Sankt-Peterburq-Gəncə marşrutu üzrə mövsümi uçuşları bərpa edib.
Oxu.Az xəbər verir ki, bu barədə aviaşirkətdən məlumat verilib.
"Gəncədən təyyarə mayın 30-da Bakı vaxtı ilə saat 16:20-də Sankt-Peterburqa yola düşüb. Reyslər həftədə bir dəfə, şənbə günləri yerinə yetiriləcək", - AZAL-dan qeyd olunub.
Aviaşirkət xatırladıb ki, bu istiqamətdə uçuş sonuncu dəfə 2025-ci il yayın sonlarında həyata keçirilib. Onun bərpası yay turizm mövsümünün başlanması ilə əlaqədardır.
Qaynar xətt:
(055) 224 12 12