Bakı şəhər Prokurorluğu ötən gün Nəsimi rayonunda baş verən lift qəzası ilə bağlı məlumat yayıb.
Prokurorluqdan Oxu.Az verilən məlumata görə, hadisə binanın idarə heyətinin sədri Soltanməcid Əzizov texniki təhlükəsizlik qaydalarına əməl etmədiyi görə baş verib.
Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (Səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
S.Əzizov iş üzrə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.