Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Bakıda məktəbin qarşısında yaranan ANTİSANİTAR vəziyyət aradan qaldırılıb
Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində yerləşən 143 nömrəli məktəbin qarşısında sakinləri narahat edən kanalizasiya problemi həll olunub.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən Oxu.Az-a bildirilib ki, əməkdaşlar əraziyə cəlb olunublar, lazımi işlər artıq icra edilib.
"Kanalizasiya təmizlənib, fəaliyyəti bərpa edilib".
Videonu təqdim edirik:
Bakıda məktəbin qarşısında daşan kanalizasiya suları ətrafdan keçən sakinlərin narazılığına səbəb olub.
Bununla bağlı Oxu.Az-a müraciət daxil olub.
Qeyd olunub ki, M.Ə.Rəsulzadə qəsəbəsində yerləşən 143 nömrəli məktəbin qarşısında üfunət yayan kanalizasiya suları həm uşaqları, həm də ətrafdakı insanları narahat edir. Lakin buna baxmayaraq, məsul qurumlar problemi aradan qaldırmaq üçün heç bir tədbir görmür.
Məsələ ilə bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, yağışlar normadan artıq yağanda kanalizasiya sistemlərində suyun ötürücülüyündə tıxanmalar yarana bilir:
"Qeyd olunan problemlə bağlı məlumat sukanal idarəsinə verilib. Tezliklə briqada əraziyə göndəriləcək".
Əzizə İsmayılova
"Sakin şikayəti" teqi üzrə xəbərlər
- Təcili tibbi yardım avtomobillərindən ibarət "qəbiristanlıq"la bağlı RƏSMİ AÇIQLAMA
- Avtomobil gətirənlərin nəzərinə: Gömrükdə terminal haqqı ARTIRILIB
- "Məktəbin həyətində şagirddən çox, sahibsiz itləri görmək olur" - ŞİKAYƏT
- Kənd Əhmədlidə çıxılmaz vəziyyət: "Kanalizasiya iyindən durmaq mümkün deyil"
- Mingəçevirdə sahibsiz itlər sakinlər üçün ciddi təhlükə yaradırlar