Bakıda 8-9 fevral tarixlərində 4 yaşından 16 yaşına qədər olan uşaqlar arasında mental riyaziyyat üzrə CASPİAN CUP 2020 çempionatı keçiriləcək.
Oxu.Az-a turnirin təşkilatçılarından verilən məlumata görə, çempionatda Azərbaycan, Rusiya, İsveçrə, Ukrayna, Böyük Britaniya və Özbəkistandan olan 200-dən çox uşaq iştirak edəcək.
“Azərbaycanda mental riyaziyyat üzrə ilk məktəblər 7 il əvvəl yarandı. İldən-ilə burada təhsil alanların sayı artmaqdadır. Son 3 ildə bu hesablama və təfəkkür inkişafı sistemini mənimsəyən uşaqların sayı yüksək sürətlə artır. Artıq 3 il əvvəl beynəlxalq çempionatlarda ilk yerlər əldə edilib”.
Tədbirin təşkilatçısı – “İnternational school of mental arithmetic İSMA” dəstəyi, “VTB Bank” dəstəyi ilə “İnternational school of mental arithmetic İSMA BAKU” təşkilatıdır.