Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Bakıda məşhur restoranların sahibləri CƏZALANDIRILDILAR
Bakıda havaya normadan artıq tullantı atan ictimai-iaşə obyektləri açıqlanıb.
Oxu.Az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib.
Bildirilib ki, Bakı şəhərində fəaliyyət göstərən ictimai-iaşə obyektlərində 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi və Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun əməkdaşları tərəfindən son bir həftə ərzində keçirilən monitorinqlər zamanı "Ağ Saray", "Baku Palace", "Verona", "Sevgi Hall", "Lüks Plaza" şadlıq sarayları və "Əlincə", "Mor-Mor", "Qaymaq", "Ocaq" restoranlarının havaya normadan artıq tullantı atdığı müəyyən edilib.
O qeyd edib ki, faktlarla bağlı sözügedən obyektlərin məsul şəxsləri barəsində protokol tərtib olunub və hər birinin 2500 manat məbləğində cərimə olunması ilə bağlı qanunamüvafiq tədbirlər görülür.
"İradə İbrahimova" teqi üzrə xəbərlər
- Bakıdakı məşhur restoranları cərimələdilər - SİYAHI
- İctimai-iaşə obyektlərində monitorinqlər keçiriləcək
- İradə İbrahimova: "Kişi səhv də olsa, sözünün üstünə söz deyilməməlidir"
- Xidmət rəisi: "Dağlıq rayonlarda yolların buz bağlaması ehtimalı var"
- Küləyin sürəti narıncı xəbərdarlıq şkalasına keçəcək - XƏBƏRDARLIQ