Azərbaycanın Kanada ilə ticarət dövriyyəsi kəskin artıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Azərbaycan iqtisadiyyatı" "Telegram" kanalı məlumat yayıb.
Bildirilib ki, bu ilin yanvar-mart aylarında Azərbaycanın Kanada ilə ticarət dövriyyəsinin ümumi həcmi 2024-cü ilin eyni dövrünə nisbətdə 47.2 dəfə artaraq 138.4 milyon dolları üstələyib.
İxrac - idxal:
Azərbaycandan Kanadaya ixrac: 6.1 milyon dollar (+19 dəfə);
Kanadadan Azərbaycana idxal: 132.2 milyon dollar (+50.7 dəfə).
Cari ilin ilk rübünün nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində Kanada ilə ticarətin payı 1.14 faiz təşkil edib.