Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Əli Əhmədov: "Nə qədər Azərbaycan var, Heydər Əliyev yaşayacaq"
"Azərbaycan Konstitusiyası ulu öndər Heydər Əliyevin siyasi irsinin ən parlaq nümunələrindən biridir".
Oxu.Az xəbər verir ki, bunu Milli Məclis sədrinin müavini Əli Əhmədov parlamentin bugünkü "Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir" mövzusunda keçirilən xüsusi iclasında deyib.
O bildirib ki, müdrik liderlər xalqa verilən nemətdir:
"Dahi liderlər isə xalqa verilən sərvətdirlər. O, heç bir siyasətçiyə müəssər olmayanı həyata keçirdi. Xalq heç bir siyasətçini eşitməyəndə Heydər Əliyevin səsinə səs verdi. Siyasətçilər parçalanmış xalqı birləşdirə bilməyəndə ulu öndər Azərbaycanı birləşdirməyə bacardı. Onun başlatdığı siyasət həm yaşayır, həm də davam etdirilir. Azərbaycan xalqının 30 ilə qədər görmədiyi möhtəşəm qələbəni isə ulu öndərin varisi - Prezident İlham Əliyev həyata keçirdi. Heydər Əliyev ədalətin təzahürü idi. O, özünə rəva görmədiyini başqasına tövsiyə etməzdi. Heydər Əliyevə hamı hörmət basləyir və bundan sonra da bu hörmət davam edəcək. Nə qədər Azərbaycan var, Heydər Əliyev yaşayacaq".
Mərahim Nəsib
"Heydər Əliyev" teqi üzrə xəbərlər
- Azərbaycan Kubokunun qalibinə YENİ hazırlanmış kubok və medallar təqdim olunacaq
- Zaxarova: "Rusiya Azərbaycanla münasibətlərin bütün potensialının açılmasına köklənib"
- "Ən yaxşı təqdimat" müsabiqəsinin qaliblərinin sayı açıqlandı
- Leyla Əliyevanın təşəbbüsü ilə regionlarda yaşayan uşaq və yeniyetmələrə velosipedlər hədiyyə olunub
- Hacı İntiqam ulu öndərə verdiyi hədiyyədən danışdı