Bakının Yasamal rayonunda baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı təfərrüat məlum olub.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə gecə saat 00:30-da Nərimanov prospektində baş verib.
77-XV-350 dövlət qeydiyyat nişanlı "Ford Fusion" markalı avtomobilin sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil bordürə çırpılaraq aşıb.
Qəza nəticəsində sürücü xəsarət alıb.
Hazırda hadisə ilə bağlı araşdırma aparılır.
Bakının Yasamal rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az-ın məlumatına görə, hadisə Nəriman Nərimanov prospektində qeydə alınıb.
İlkin məlumata görə, "Ford Fusion" markalı avtomobil hərəkətdə olarkən idarəetmədən çıxaraq aşıb.
Hadisə nəticəsində ölən və ya xəsarət alanların olub-olmaması barədə hələlik məlumat yoxdur.
Qeyd edək ki, aidiyyəti quruma sorğu ünvanlanıb.