Yaponiyanın mərkəzi hissəsində yerləşən Totiqi prefekturasında hərəkət edən sürət qatarı dörd işçini vurub.
Oxu.Az xəbər verir ki, hadisə barədə Yaponiyanın ictimai televiziyası xəbər yayımlayıb.
Bildirilir ki, qəza baş verən zaman xəsarət alan şəxslər dəmir yolu xəttində işlər həyata keçirirmişlər.
Yaralıların dördü də huşunu itirmiş halda tibb müəssisəsinə yerləşdiriliblər. Baş vermiş hadisə ilə əlaqədar olaraq dəmir yolunun həmin istiqamətində qatarların gediş-gəlişi müvəqqəti olaraq dayandırılıb.
Hazırda polis qəzanın başvermə şəraitini və təfərrüatını araşdırır.