Bakıda orta məktəbdə təhlükəli vəziyyət yaranıb.
Oxu.Az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, nazirliyin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonunda, 20 sayılı orta məktəbin müvəqqəti yerləşdirildiyi binada qaz qoxusunun hiss olunduğu barədə məlumat daxil olub.
Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti və Mülki Müdafiə Qoşunlarının müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.
Məlumata görə, şagirdlər məktəbdən təxliyə olunublar.
Əlavə məlumat veriləcək.