Bakının Alfred Nobel prospektinin Süleyman Əhmədov küçəsi ilə kəsişməsində (şəhər istiqamətində) baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində yolda tıxac yaranıb.
Bu barədə Oxu.Az-a Azərbaycanın Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.
Sürücülərə alternativ olaraq Ramiz Quliyev küçəsindən istifadə etməklə Babək prospekti ilə hərəkət etmələri tövsiyə olunur.