Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal Paşayev küçəsi,121 ünvanında yerləşən parkla bağlı şikayət var.
Bu barədə Oxu.Az-ın redaksiyasına müraciət daxil olub.
Şikayətdə bildirilib ki, sözügedən parkda işıqlandırma sistemi ümumiyyətlə işləmir. Həmçinin ərazidəki hovuzun çirkli vəziyyətdə olması da narazılığa səbəb olub.
Məsələ ilə bağlı Binəqədi Rayon İcra Hakimiyyətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, problemlə əlaqədar aidiyyəti quruma müraciət edilib.
"Qeyd olunan ünvan Binəqədi Rayon İcra Hakimiyyətinin inzibati ərazisində yerləşsə də, park qurumun balansında deyil. Parkın işıqlandırılması ilə bağlı tərəfimizdən "Bakı Şəhər İşığı" Elektrik Şəbəkə Müəssisəsinə məlumat verilib", - deyə qurumdan bildirilib.